Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏBABƏT YENİLİKLƏRİ

BMT-nin səkkiz agentliyinin, o cümlədən Ətraf Mühitin Mühafizəsi Proqramının, Dünya Səhiyyə Təşkilatının və Beynəlxalq Dəniz Təşkilatının ekspertləri tərəfindən hazırlanmış “Problemlər dəryası” məruzəsindəki məlumata görə, dənizdə çimmək insan sağlamlığına zərər vura bilər. Statistikaya görə, hətta cüzam və difteriya da dənizdə çimmək kimi təhlükəli ola bilməz. 

BMT-nin məruzəsində deyilir ki, dənizdə çimən hər iyirmi adamdan, heç olmasa, biri xəstədir. Dənizə axıdılan çirkab suları meningit və hepatit A kimi təhlükəli xəstəliklərin mənbəyidir. İnsanların əksəriyyəti isə nisbətən yüngül olan mədə, qulaq, burun və boğaz xəstəliklərindən əziyyət çəkir.

Xəstələnmə hallarının sayı sürətlə artır. Məruzədə deyilir ki, hər il çirkli suda çimmək “təxminən 250 qastroenterit və respirator xəstəliklərinə səbəb olur. Bəzi adamlar uzun müddətə əmək qabiliyyətini itirir”. Sənəddə xəstəliklərə, əlilliyə görə, vaxtından əvvəl ölüm nəticəsində sağlam həyatın neçə illərinin güdaza getdiyi barədə məlumat da verilir. Dünya Səhiyyə Təşkilatı və Dünya Bankı hədər getmiş illərin miqdarını müəyyənləşdirən və deyli vahidləri (Disəbiliti Əcastid Layf Yiə - ingiliscə “ömürdə əmək qabiliyyəti olmayan illər” deməkdir) ilə ölçülən xüsusi indeks işləyib hazırlamışlar. cüzam 380 min, difteriya isə 360 min deyli ilə nəticələndiyi halda, dəniz suyunda çimmək bütün dünyada 800 min deyliyə səbəb olur.

Britaniyanın aparıcı ekspertlərindən biri - York şəhəri yaxınlığındakı Eskhem Brayan kollecinin professoru Qaret Riz deyir: “Dənizdə çimməklə bağlı xəstəliklər Böyük Britaniyanın ağır bəlasıdır. Lakin hökumət bu problemin həqiqi miqyasının üzərindən sükutla keçir”.

Son on ildə Britaniya çimərlikləri xeyli təmiz olmuşdur, buna baxmayaraq, yararsız çimərliklərin sayına görə Böyük Britaniya Avropa Birliyi ölkələri arasında yalnız Finlandiyadan geri qalaraq”, ikinci yeri tutur. Avropa Komissiyası bildirmişdir ki, təmiz su ən çox İspaniyda (98,4 faiz), Portuqaliyada (98,4) və Yunanıstandadır (99,4).

Dünya Səhiyyə Təşkilatının fikrincə, gigiyena normalarını azı 20 dəfə sərtləşdirmək lazımdır.

X x x

Uşaqlarda irsi xəstəliklərin mümkünlüyünün qarşısını almaq məqsədi ilə gələn ilin əvvəlindən İordaniyada nikahdan əvvəl icbari tibbi müayinə sistemini tətbiq etmək nəzərdə tutulur.

Ölkənin Səhiyyə Nazirliyi, Vəqflər və İslam İşləri Nazirliyi bu məqsədlə nikahları qeydə alan din xadimləri arasında da müvafiq iş aparacaqdır. Bundan məqsəd ruhaniləri tibbi müayinədən keçməyənlərin kəbinini kəsməməyin vacibliyinə inandırmaqdır. Çünki indi qüvvədə olan mülki məcəllə belə nikahların qeydiyyatını yasaqlaya bilmir.

Digər ərəb ölkələrində olduğu kimi, İordaniyada da qızları öz yaxın qohumlarına ərə vermək adəti geniş yayılmışdır. Belə nikahlar isə uşaqların şəkərli diabet, ürək-damar xəstəlikləri və digər təhlükəli irsi xəstəliklərə tutulmasına səbəb olur.

X x x

İsveçin Yuberno şəhərindəki universitet xəstəxanasının alimləri belə bir qənaətə gəlmişlər ki, köhnə standartlı NMT mobil telefondan istifadə edilməsi beyində xərçəng xəstəliynin əmələ gəlməsi riskini artırır.

İTAR-TASS-ın yaydığı xəbərdə deyilir ki, onların apardıqları tədqiqatların nəticələrinə görə, beyin xərçənginin əmələ gəlməsi riski 30 faiz yüksəlir, habelə qulaq sinirinin və beynin gicgah hissəsinin zədələnməsinin ehtimalı xeyli artır.

Finlandiya Radiasiya Nəzarəti Mərkəzinin mütəxəssisi Darius Leşinski bildirmişdir ki, əgər İsveç alimlərinin apardıqları tədqiqatların nəticələri düzdürsə, onda “narahatlığa əsas var, çünki mobil telefondan çoxlu insan istifadə edir”.

Lakin Finlandiyada və başqa ölkələrdə aparılan çoxsaylı araşdırmaların nəticələri göstərir ki, mobil telefondan istifadə olunması tamamilə təhlükəsizdir. Alimlər bildirirlər ki, bu rabitə vasitəsindən son dövrdə, təxminən 10 ildən bəri fəal istifadə edildiyinə görə, onunla xərçəng xəstəliyi ararsında əlaqə olmasından dəqiq danışmaq hələ tezdir.

Finlandiya ərazisində köhnə standartlı NMT mobil telefondan istifadə edilməsinə cari ilin axırında son qoyulacaqdır.

NOBEL MÜKAFATININ MƏBLƏĞİ ARTIRILIR

Stokholmda Nobel fondu bəyan etmişdir ki, bu il Nobel mükafatlarından hər birinin məbləği 10 milyon İsveç kronu (1 milyon dollardan bir qədər artıq) təşkil edəcəkdir.

Dünyanın bu ən nüfuzlu mükafatı onun təsisçisi Alfred Nobelin vəsiyyətində göstərildiyi kimi, hər il beş ənənəvi sahə - fiziologiya və ya təbabət, fizika, kimya, ədəbiyyat və sülh mükafatı - üzrə verilir. Bu mükafatlar Nobel fondunun ixtiyarında olan Nobel kapitallarının faizlərindən ödənilir.

Rəsmən “Nobelin xatirəsinə” adlanan iqtisadiyyat üzrə altıncı mükafat İsveç Bankının vəsaitindən ödənilir. Bu il onun da məbləği 1 milyon dollardan bir qədər artıq olacaqdır.

İTAR-TASS-ın verdiyi xəbərə görə, fiziologiya və ya təbabət üzrə mükafat oktyabrın 7-də Karolina Tibbi Cərrahiyyə İnstitutunda, fizika üzrə mükafat oktyabrın 8-də İsveç Kral Elmlər Akademiyasında təqdim olunacaqdır. Oktyabrın 9-da elə orada kimya və iqtisadiyyat sahəsində laureatlar elan ediləcəklər. Sülh mükafatı Osloda verilir və bu, oktyabrın 11-də olacaqdır.

Ədəbiyyat üzrə laureatı söz sənəti məsələləri ilə məşğul olan İsveç Akademiyası müəyyən edir. Akademiya laureatların elan edilməsi vaxtını gizli saxlayır.

Bu il Nobel mükafatları 101-ci dəfə təqdim olunacaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Mingəçevirdəki "Kürü keçək?! 5" yarışına rekord sayda iştirakçı qatılıb

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir