TƏBİB “Elektron sənəd dövriyyəsi işinin təşkili” mövzusunda təlim keçirib
Bakı, 25 avqust, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin əməkdaşları üçün “Elektron sənəd dövriyyəsi işinin təşkili” mövzusunda təlim keçirilib.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, tədbirdə qurumun Ümumi şöbəsinin müdiri Şəmsi Gülverdiyev, şöbənin məsul əməkdaşları, “Yeni Klinika” və “Tibbi Reabilitasiya Mərkəzi” publik hüquqi şəxslərin aidiyyəti şöbələrinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, təlimlərin mərhələli olaraq bütün tibb müəssisələrinin əməkdaşları üçün keçirilməsi nəzərdə tutulub.