TƏBİB-in icraçı direktoru Xocavənddə vətəndaşların müraciətlərini dinləyib
Bakı, 25 sentyabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov Xocavənd Rayon Mərkəzi Xəstəxanasında Xocavənd, Ağdam və Füzuli rayon sakinlərini qəbul edib.
Bu barədə AZƏRTAC-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların müayinə-müalicə, əmək münasibətləri, əlillik məsələləri və s. ilə bağlı müraciətləri dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması üçün müvafiq göstərişlər verilib.