CƏMİYYƏT
TƏBİB marafon boyunca tibbi xidmətlərin təşkilini təmin edib
Bakı, 16 may, AZƏRTAC
“Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən “Bakı Marafonu-2022” marafonunda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları da iştirak ediblər.
TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, Birlik marafon boyunca tibbi xidmətlərin təşkilini təmin edib.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları Dövlət Bayrağı Meydanının, Bakı Funikulyorunun, Bakı Dəniz Vağzalının, “Sahil” metrostansiyasının, Azərbaycan Boks Federasiyasının, Bakı İdman Sarayının, Su İdman Sarayının yaxınlığına təhkim olunublar.
2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.