Təbii qazdan düzgün istifadə olunmadığı halda bu, bədbəxt hadisələrə gətirib çıxarır
Bakı, 13 may (AZƏRTAC). Təbii qazdan düzgün istifadə olunmadığı halda bu, bədbəxt hadisələrə gətirib çıxarır.
“Azəriqaz” İstehsalat Birliyinin rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin mühəndisi Rasim Əhmədov AZƏRTAC-a bildirmişdir ki, “mavi yanacaq”dan düzgün istifadə olunmalıdır. Bir çox hallarda əhali dəm qazının yaranmasından şikayətlənir. Daxili qaz avadanlığından istifadə olunan otaqların havası daim yenilənməlidir. Yəni, 1 kubmetr qazın yanması üçün 2 kubmetr oksigen lazımdır. Nəzərə alsaq ki, indiki qapılar daha sıx bağlanır, xüsusən də vanna otaqlarına havanın girməsi mümkün olmur. Bu da qazın yanmasındakı prosesin pozulması deməkdir. Müəyyən vaxtdan sonra həmin otaqda CO2 (karbon-4 oksid) əvəzinə, CO (karbon-2 oksid), yəni dəm qazı yaranır. Əslində isə qapının aşağı hissəsində 0,02 kvadratmetr məsafə olmalıdır ki, otağın havası daim yenilənsin.
Dəm qazının xüsusi təhlükəli maddələr sinfinə aid olduğunu deyən R.Əhmədov qeyd etmişdir ki, əgər otaqda dəm qazı 0,1 faizdirsə bu, baş ağrıları, başgicəllənmə, zəhərlənmə hallarına, əgər 0,5 faizdən çoxdursa, ölümcül hallara gətirib çıxarır. Bunun üçün də hər bir kəs bilməlidir ki, belə hallarla qarşılaşmamaq üçün qaz cihazı istifadə olunan otağın havası daim yenilənməlidir.
Həmçinin bu cür hallar qeyri-standart cihazlardan istifadə zamanı və tüstü bacaları vaxtlı-vaxtında təmizlənmədikdə də baş verir ki, bunlara da xüsusi diqqət yetirilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]