Təbrizdə www.anaj.ir internet saytında 20 Yanvar faciəsi barədə yazı yerləşdirilmişdir
Tehran, 19 yanvar (AZƏRTAC). Təbrizdə fəaliyyət göstərən www.anaj.ir internet saytında 20 Yanvar faciəsi barədə geniş yazı yerləşdirilmişdir (http://anaj.ir/news/pages/76793).
Məlumatda bildirilir ki, 20 Yanvar faciəsi 1985-ci ildə keçmiş SSRİ-də siyasi hakimiyyətə gəlmiş M. Qorbaçovun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qərəzli siyasətin nəticəsidir. Sovet İttifaqının tərkibində olan Azərbaycan Sovet Sosialist Respublikasının Qarabağ bölgəsində bu ölkənin müsəlman əhalisi ilə birgə yaşayan ermənilərin separatçılıq cəhdləri - Dağlıq Qarabağı Azərbaycandan ayırmaq və Ermənistana birləşmək iddiası 20 Yanvar hadisələrinin yaranmasının əsas səbəbi olmuşdur.
Qeyd olunmuşdur ki, 1988-ci ildə yüz minlərlə azərbaycanlı Ermənistandan qovulmuşdur. Habelə Qarabağda yaşayan ermənilər azərbaycanlıları qətlə yetirməyə başlamış və zorla ata-baba yurdlarından çıxarmışlar. Yaranmış qarışıq vəziyyətdən istifadə edən sovet ordusu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tanklar, digər ağır hərbi texnika və xüsusi təyinatlı qüvvələrlə Bakıya daxil olaraq müdafiəsiz, dinc əhaliyə amansızcasına atəş açmış, qanlı qırğın törətmişdir. Partlayışların və mərmilərin qorxulu səsləri şəhərin ən uzaq nöqtələrində belə eşidilirdi.
1990-cı ilin Qanlı Yanvar hadisələrinin nəticələrindən söhbət açılan yazıda qeyd edilir ki, 20 Yanvar Azərbaycan xalqının tarixində matəm günü kimi qeyd olunur. Lakin, bu gün bütün İslam dünyasında matəm günü elan edilməlidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri,
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]