TƏHSİL NAZİRİ ABŞ-IN İNDİANA UNİVERSİTETİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, nazir Misir Mərdanov ABŞ-ın İndiana Universitetinin beynəlxalq tədqiqat və inkişaf üzrə vitse-prezidenti Çarlz Rifsnider, Mərkəzi Avrasiya bölməsi üzrə direktoru Uilyam Fiermanla görüşmüşdür.
ABŞ-ın İndiana Universiteti ilə əməkdaşlığın əhəmiyyətini qeyd edən nazir, həmin təhsil müəssisəsi ilə ölkəmizin bir neçə universiteti arasında geniş əlaqələr olduğunu bildirmişdir.
Çarlz Rifsnider təmsil etdiyi universitet barədə ətraflı məlumat vermiş və bu ali məktəbin beynəlxalq əlaqələrinin genişləndiyini söyləmişdir. Qonaq İndiana Universitetində azərbaycanlı gənclərin təhsil almasında maraqlı olduğunu bildirmişdir.
Sonra birgə elmi tədqiqat işlərinin aparılması, müəllim-tələbə mübadiləsi, İndiana Universiteti tələbələrinin ölkəmizdə Azərbaycan dili üzrə kurslarda iştirakı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərimizin gələn ildən bu universitetdə müvafiq ixtisaslar üzrə təhsili ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]