Təhsil Nazirliyi: Vətəndaşların qəbulu aprelin 1-dək dayandırılır
Bakı, 28 yanvar, AZƏRTAC
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi aprelin 1-dək fəaliyyətini dayandırır.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. Bildirilib ki, bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contacts/appeal) vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında (https://edu.gov.az, https://ict.edu.az) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər.
Vətəndaşlara rəsmi məlumatları nazirliyin rəsmi saytından, həmçinin sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]