TƏHSİL NAZİRLİYİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Nazir M.Mərdanov bildirmişdir ki, noyabrın 19-dan 21–dək keçirilən konfransda islam ölkələri arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri, bu ölkələrdə elmi tədqiqat işlərinin aparılması, müvafiq sahələrin dövlət büdcəsindən maliyyələşdirilməsi, dünya təhsilinə inteqrasiya və digər məsələlər müzakirə edilmişdir.
Nazir məlumat vermişdir ki, tədbirdəki çıxışında Prezident İlham Əliyevin islam ölkələri ilə də əməkdaşlığa xüsusi diqqət göstərməsi, ölkəmizdə təhsil sisteminin bugünkü vəziyyəti, aparılan islahatlar, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sahənin inkişafına mənfi təsiri və digər məsələlərdən söz açmışdır.
Bildirilmişdir ki, konfransın davam etdiyi günlərdə nazir M.Mərdanov İSESCO–nun baş direktoru, Küveyt, Əfqanıstan, Malayziya və başqa ölkələrin təhsil nazirləri ilə görüşlər keçirmiş, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmişdir. Onun islam ölkələri təhsil nazirlərinin ənənəvi konfransının iki ildən bir keçirilməsi barədə təklifi iştirakçılar tərəfindən yüksək dəyərləndirilmişdir. İslam ölkələri təhsil nazirlərinin növbəti konfransının 2008-ci ildə Bakıda keçirilməsi qərara alınmışdır.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.