Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında mətbuat konfransı keçirilmişdir
Bakı, 13 may (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, TQDK-nın sədri Məleykə Abbaszadə bildirmişdir ki, 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və tələb olunan sənədləri Sənəd Qəbulu komissiyalarına təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.
Qeyd olunmuşdur ki, mayın 15-də respublikanın 25 şəhər və rayonunda sınaq imtahanı keçiriləcəkdir. Rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən ilk imtahan isə mayın 22-də olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]