Təminat Fondunun təkrar borc sazişlərindən nəzərdə tutulmuş daxilolmalarının 11,9 faizi icra edilib
Bakı, 15 avqust, AZƏRTAC
Altı ayda Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun təkrar borc sazişlərindən nəzərdə tutulmuş daxilolmalarının 11,9 faizi icra edilib.
AZƏRTAC xəbər verir ki, bu, Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.
Bu il yanvarın 1-nə Təminat Fondunun qalığı 24 milyon manat və 480 milyon ABŞ dolları təşkil edib.
Altı ayda Fonda 83,8 milyon manat vəsait daxil olub, 100,2 milyon manat, 4,9 milyon ABŞ dolları və 768,3 min avro xərc edilib.
Dövlət zəmanəti ilə alınan borcların Fond tərəfindən ödənilmiş vəsaitlərin hər bir təşkilat üzrə bu il qaytarılması nəzərdə tutulan 639,4 milyon manatdan cari ilin 6 ayında 76,3 milyon manat (proqnozun 11,9 faizi) bərpa edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]