İQTİSADİYYAT
Təminat xarakterli depozitdən ƏDV tutulurmu?
Bakı, 25 avqust, AZƏRTAC
ƏDV ödəyicisi olan şirkət müqavilə şərtinə uyğun olaraq icarədardan təminat olaraq depozit alır və müqavilənin müddəti bitəndən sonra depozit məbləğini geri qaytarır. Bu halda depozit kimi alınan məbləğdən ƏDV hesablanmalıdırmı?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, sorğuda qeyd olunan halda icarə müqaviləsi üzrə təminat xarakterli alınan, qarşılığında hər hansı bir xidmət göstərilməyən və müqavilə bitdikdən sonra geri qaytarılan depozit məbləğləri ƏDV-nin vergitutma obyektini yaratmadığından həmin məbləğlər üzrə ƏDV hesablanmır.
Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]