ELM VƏ TƏHSİL
TEMPUS PROQRAMININ LAYİHƏLƏRİ REALLAŞMAĞA BAŞLAYIR
Avropa Birliyinin Azərbaycanda ali məktəblərə texniki yardım proqramı - TEMPUS çərçivəsində dörd layihənin reallaşdırılmasına bu yaxınlarda başlanacaqdır. Həmin layihələr 2002-ci ilin dekabrında müsabiqə əsasında seçilmişdir.
AB-nin Azərbaycana texniki yardım proqramlarının Əlaqələndirmə bürosundan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Azərbaycanın ali məktəblərində müasir mühəndislik təhsili”, “Tikilinin iqtisadiyyatı: inşası və məzmunu”, “Cənubi Qafqazda ekoloji biliklərin yayılması” və “Cənubi Qafqazda biologiya və baytarlıq üzrə milli təhsil mərkəzlərinin yaradılması” mövzularında layihələr TEMPUS proqramının 2002-ci il planında nəzərdə tutulsa da, bir sıra səbəblərə görə onların gerçəkləşdirilməsi ləngimişdir.
Layihələr 2 il müddətində Avropa universitetləri ilə birgə həyata keçiriləcəkdir.