REGİONLAR
Tərtər rayonunda ağacəkmə aksiyası keçirilib
Tərtər, 7 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunun Şıxarx qəsəbəsində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ağacəkmə aksiyasında rayon sakinləri ilə yanaşı, N saylı hərbi hissənin əsgərləri də iştirak ediblər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində müsbət demoqrafik şərait bərqərar olub. Son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır. Bu, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu baxımdan da nümunəvi ölkədir.
Aksiya zamanı 20 min ədəd dekorativ kol, həmçinin min ədəd həmişəyaşıl ağac əkilib.