Texnologiya Universitetində auditoriya əsaslı təmir olunub
Gəncə, 3 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində (ATU) daha bir auditoriyanın əsaslı təmirdən sonra açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsaslı təmirdən sonra istifadəyə verilən auditoriya ikinci tədris korpusunda yerləşir. İki hissədən ibarət auditoriya təlimlərin keçirilməsi üçün nəzərdə tutulub və təlim-tədris standartlarına uyğun qurulub.