T.FUCİVARANIN “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Yaponiya ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Yaponiyanın Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Toşiyuki Fucivara “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 oktyabr 2004-cü il.