Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Tibb Universitetində “Pediatriyanın aktual problemləri” mövzusunda beynəlxalq konqres keçirilir

Bakı, 11 oktyabr, AZƏRTAC

Bu gün Azərbaycan Tibb Universitetində “Pediatriyanın aktual problemləri” mövzusunda XII Beynəlxalq Elmi-praktiki Konqresin açılış mərasimi keçirilib. ATU-nun elmi işlər üzrə prorektoru, tibb elmləri doktoru, dosent Rauf Bəylərov açılış nitqi ilə çıxış edib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, prorektor Azərbaycanda dövlət siyasətinin ən böyük istiqamətlərindən birinin uşaqların sağlamlığı və onun qorunmasına yönəldiyini qeyd edib: “Ölkəmizdə ana və uşaqların sağlamlığı hər zaman diqqət mərkəzindədir. Həmin istiqamətdə çoxsaylı işlər görülüb və addımlar atılıb. Azərbaycan Tibb Universitetinin yüksəkixtisaslı həkim-pediatrların hazırlanmasında böyük əməyi var və bu təcrübə daha geniş şəkildə davam etdirilməkdədir. Uşaqların sağlamlıq vəziyyətində baş verən dəyişikliklərin erkən aşkarlanması, onların gələcəkdə ağırlaşmasına qarşı profilaktik tədbirlərin həyata keçirilməsi pediatrların, neanatoloqların, uşaq nevroloqlarının, uşaq cərrahları və digər mütəxəssislərin qarşısında duran mühüm vəzifələrdəndir”.

R.Bəylərov bu sahədə xidmətlərə yeni yanaşmanın tətbiq edilməsinin zəruriliyinə də toxunaraq bildirib ki, uşaqlara yardım göstərən, onların sağlamlığının keşiyində duran həkimlərin bilik və bacarıqları daim təkmilləşdirilməlidir: “Konqresin keçirilməsində əsas məqsəd uşaqlara göstərilən tibbi yardımın təşkilini daha da yaxşılaşdırmaq və təkmilləşdirməkdən ibarətdir. Konqresdə klinik pediatriyanın aktual problemləri, uşaqlarda rast gəlinən xəstəliklər nəticəsində baş verən ölüm hallarının azaldılmasına dair istifadə olunan müasir müalicə üsulları və profilaktik tədbirlərin müzakirəsi olacaq”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri, professor Hicran Hüseynova konqresdə çıxış edərək dünyanın hər yerində uşaqlara qayğının xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti Azərbaycanda milli strategiyaya çevrilib. Ölkəmizdə uşaqlara həmişə məhəbbətlə yanaşıldığını, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradıldığını vurğulayan komitə sədri, uşaq hüquqlarının müdafiəsi sahəsində real, güclü qanunvericilik bazasının formalaşdığını söyləyib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi diqqət və qayğıdan da bəhs edən H.Hüseynova, onun təşəbbüsü ilə bütün uşaqların, xüsusilə də həssas qrupa aid uşaqların müdafiəsi ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb. O, çıxışında mərhum akademik Adilə Namazovanın pediatriya sahəsindəki böyük xidmətlərindən də məmnunluqla söhbət açıb.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov ölkəmizdə uşaqların sağlam və xoşbəxt olmasına hər zaman xüsusi diqqət yetirildiyini söyləyib. Bildirib ki, uşaqlar və onların sağlamlıq problemləri necə müxtəlifdirsə, pediatriyanın istiqamətləri də fərqlidir. Bütün pediatrik ixtisasların bir pediatriya çətirinin altında qərarlaşdığını deyən nazir müavini, bugünkü konqresin pediatriyanın müxtəlif istiqamətlərini əhatə edən mövzulara həsr olunacağına diqqət çəkib: “Düşünürəm ki, üç gün ərzində elmi sessiyalarda ən son elmi məlumatlar, ən yaxşı beynəlxalq təcrübələr müzakirə olunacaq. İnanıram ki, konqresin iştirakçıları öyrəndiklərini praktikada tətbiq edə biləcəklər. Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyinin bu məsələyə çox həssaslıqla və diqqətlə yanaşması sayəsində son illərdə uşaqların sağlamlığının qorunması istiqamətində mühüm işlər görülür. Bu istiqamət milli səhiyyənin prioritet istiqamətlərindən birinə çevrilib. Dövlət proqramları, uşaqların dispanserizasiyası, profilaktik peyvəndlənməsi, nadir xəstəliklərin müalicəsi üçün zəruri vəsaitlərin ayrılması, həmçinin ixtisaslı kadrların hazırlanması və təkmilləşdirilməsi işinə böyük önəm verilir”.

Beynəlxalq Pediatriya Assosiasiyasının prezidenti, professor Ənvər Həsənoğlu, Beynəlxalq Pediatriya Assosiasiyasının seçilmiş prezidenti, Uşaq Sağlamlıq Fondunun sədri, professor Navin Teker və Avropa Pediatriya Assosiasiyasının prezidenti, professor Massimo Pettoello Mantovani isə tədbirə onlayn qoşulublar. Onlar konqresin işini yüksək qiymətləndirərək, gələcəkdə beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Açılış mərasimindən sonra konqres öz işini elmi sessiyalarla davam etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb

Prokurorluq: MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Fransızların yarısı seçkilərdə Le Penin partiyasının qalib gəlməsini istəyir

“Gasgoo” nəşri: “BYD” konqlomeratı Azərbaycana elektrik avtobusları tədarük edəcək

Türkiyənin antik tarixi – Likya, Kariya, Pisidia

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb

"İTi Zəka-2" hakatonunun mükafatlandırma mərasimi keçirilib

Hava şəraiti ilə əlaqədar olaraq ölkə üzrə yanğın indeksi açıqlanıb

AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qanvermə aksiyası keçirilib

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib

UNEC magistraturaya qəbul olanlara müraciət edib

Konstitusiya Məhkəməsində İraq Respublikasının Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Gənc Avropa səfirləri Bakıda süni intellektdən istifadəyə dair təlim keçiblər

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvada uşaq evində olublar

Azərbaycan Prezidenti: COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik

Antonio Quterreş: ŞƏT dünyanın ən böyük regional təşkilatıdır

Azərbaycanda keçirilən yaşıl iqtisadiyyatla bağlı konfrans İordaniya mətbuatının diqqət mərkəzində olub

Prezident İlham Əliyev: Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

Prezident: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir

Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI EUROPE 2024” İllik Konqresi və Baş Assambleyasında iştirak edib

Milli Depozit Mərkəzi ikinci rübdə 1 milyard manatdan çox ödəniş həyata keçirib

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib   YENİLƏNİB-2 VİDEO

Yenidən təmir olunan Ağstafa peyntbol və atıcılıq mərkəzi fəaliyyətini genişləndirir

“Vikipediya”nın gürcü dili bölməsində azərbaycanəsilli istifadəçilərin fəallığı artır

Bölgələrdəki günərzi qayğı mərkəzlərində 900-dən çox uşağa xidmətlər göstərilir

® “Caspian Energy Club Czechia” aktiv fəaliyyətini davam etdirir

“Araz-Naxçıvan”ın kapitanı püşkatma barədə danışıb

Ersin Tatar: ŞKTR-i dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdaram

Azərbaycanda Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirilib

AQTİ sahibkarlar üçün infotur təşkil edib

Naxçıvan boksçusu Yakutiyada medal qazanıb

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

Fransada seçkilərin növbəti turundan sonra potensial iğtişaşların qarşısının alınmasına daha çox polis əməkdaşı cəlb olunacaq

Coğrafiya İnstitutunun iştirakı ilə Almaniyada geoparklarla bağlı beynəlxalq seminar keçirilib

Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı mərkəzi”nə iyun ayında 504 zəng daxil olub

Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub

Türkiyəli ekspert: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazın qlobal nüfuzunu artıracaq

Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir

Qardabani Təhsil və İnteqrasiya Mərkəzi tədris ilini uğurla başa vurub

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşada işgüzar görüşü keçirilib

Tbilisidəki Mtastminda parkında yanğın baş verib

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatıb

Astanada “ŞƏT Plyus” görüşü keçirilir

® “Kapital Bank”ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Monitorinq aparılan 19 kartofçuluq təsərrüfatında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb

Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru

Ağsu və Kürdəmirdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

İmişli şəhər tullantı poliqonunda tullantıların yandırılması faktı aşkarlanıb

ŞƏT-in Zirvə toplantısına növbəti dəvət Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir - ŞƏRH

Ölkəmizdə ilk dəfə “İFest” - innovasiya və texnologiya festivalı keçiriləcək

“Magellanın dövri-aləm səyahəti” romanı almancadan ana dilimizə tərcümə olunub

Prezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub

“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib

Ali Məhkəmədə İraq Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib VİDEO

Zaqatalada maşın aşıb, 6 nəfər xəsarət alıb VİDEO

Qazaxıstan Milli Muzeyinin nümayəndə heyəti Elmi Bərpa Mərkəzində olub

Fransada parlament seçkilərinin ikinci turu üçün 30 min polis və jandarma səfərbər ediləcək

Belarus nümayəndə heyəti DOST Agentliyində olub

Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun yeni kitabı çap olunub

Şimali Makedoniya Prezidenti COP29-da iştiraka dəvət olunub

“General Motors” konserni 145,8 milyon dollar cərimələnib

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi Londonda təmsil edəcəklər

Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

İstanbulda miqrant qaçaqçılığı ilə məşğul olan 76 nəfər həbs edilib

Rumıniyada prezident və parlament seçkilərinin vaxtı dəqiqləşib

İkinci rübdə Energetika Nazirliyi tərəfindən 51 icazə verilib

Torpaq sürüşmələrinin artmasında leysan xarakterli yağışların tez-tez təkrarlanması ciddi rol oynayıb

Mərkəzi Bank “PashaPay”a elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək üçün lisenziya verib

Zelenski Ukraynanın yeni əks-hücuma başlamasının şərtini açıqlayıb

Baş Prokurorluq: Yasamal rayonunda söküntü işlərinin aparılması ilə bağlı araşdırma aparılır

Turizm və Menecment Universitetində “Məzun günü” keçirilib

Fransa Superkuboku uğrunda keçirilməli olan oyun təxirə salınıb

Prezident İlham Əliyev ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edib

Paytaxtın Səbail rayonunda 2 küçənin təmiri yekunlaşıb VİDEO

Aİ Çin elektromobillərinə əlavə idxal rüsumları tətbiq edib

Beynəlxalq konfransda Azərbaycanda meşə ilə örtülü ərazilərin artırılması istiqamətində görülən işlərlə bağlı məlumat verilib

Naxçıvanlı papaqçı: İnsanların 20 il əvvəlki zövqü ilə bugünkü arasında yerlə göy qədər fərq var

Leyboristlər Partiyasının lideri parlament seçkilərində səs verib VİDEO

NBA-da oynamış basketbolçu “Sabah”a keçib

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gənc cüdoçular məlum olub

Qızlar təhsildə: problemin kökləri və həll yolları – ARAŞDIRMA

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün vacib ölkədir – RƏY

Çin və Laos orduları bu ay birgə təlimlərə başlayacaq

Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Çinin yük avtomobilləri Orta Dəhliz vasitəsilə daşımalara başlayıb VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Qazaxıstandan Çinə keçib

Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər azalıb

Türkiyədə "Qərbi Azərbaycana Qayıdış" Qars Forumu keçirilib

Fransa klubunun futbolçusu skuterlə adam öldürüb

DSMF sədri Belarusun ƏSMF rəhbəri ilə əməkdaşlıq perspektivini müzakirə edib

“Baku Open 2024” Beynəlxalq Şahmat Festivalında V tur başa çatıb

BMU-nu 97.8 balla bitirən məzun magistratura təhsilini süni intellekt ixtisası üzrə davam etdirəcək

Fransanın daxili işlər naziri parlament seçkilərindən sonra istefa verəcək

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib YENİLƏNİB VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatının Astana Bəyannaməsi qəbul edilib