Tibb Universitetinin həkim briqadası Gəncədə tibbi müayinələr aparıb
Gəncə, 16 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin aparıcı neyrocərrahlarından ibarət həkim briqadası Gəncədə vətəndaşların tibbi müayinələrini həyata keçirib.
AZƏRTAC xəbər verir ki, universitetin neyrocərrahiyyə kafedrasının müdiri, tibb elmləri doktoru, əməkdar həkim Sabir Elbruslunun rəhbərlik etdiyi həkim briqadasında təmsil olunan beş neyrocərrah, bir neyrotravmatoloq, bir neyroanastezioloq şəhərin təcili tibbi yardım xəstəxanasında vətəndaşları qəbul edərək tibbi müayinələr aparıblar. Prezident İlham Əliyevin fevralın 2-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi surətdə dispanzerizasiyadan keçirilməsi tapşırığı çərçivəsində həyata keçirilən aksiya zamanı 100-dən artıq vətəndaş qəbul olunaraq həkim müayinəsindən keçirilib. On nəfərdən artıq sakin cərrahiyyə əməliyyatı üçün Bakıya göndərilib.