Ticarət prosedurlarının sadələşdirilməsi ilə bağlı məlumat kitabçasının hazırlanmasına dair beynəlxalq seminar başa çatmışdır
Bakı, 13 may (AZƏRTAC). Dövlət Gömrük Komitəsinin (DGK) regional tədris mərkəzində ticarət prosedurlarının sadələşdirilməsi ilə bağlı məlumat kitabçasının hazırlanmasına dair 3 günlük beynəlxalq seminar mayın 13-də başa çatmışdır.
Tədbirdə Azərbaycanın və Gürcüstanın Sərhəd Xidməti, Gömrük Komitəsi, Miqrasiya Xidməti və digər əlaqədar təşkilatlarının, eləcə də Latviyanın, beynəlxalq təşkilatların ekspertləri və nümayəndələri iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, seminarın son günündə iştirakçılar ticarətin sadələşdirilməsinə dair məlumat kitabçasının məzmununun hazırlanması dair məsləhətlər irəli sürmüşlər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Qeyd edək ki, tədbir Avropa İttifaqı və BMT-nin İnkişaf proqramının “Cənubi Qafqaz ölkələrində inteqrasiya edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək” layihəsi çərçivəsində keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]