Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tikintiyə icazə… - Dövlət Agentliyinin rəsmisi qaydalardan və nəzarət tədbirlərindən danışıb

Tikintiyə icazə… - Dövlət Agentliyinin rəsmisi qaydalardan və nəzarət tədbirlərindən danışıb

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 2012-ci ildə qüvvəyə minib. Alman mütəxəssisləri ilə birgə hazırlanmış və beynəlxalq təcrübəyə uyğunlaşdırılmış həmin Məcəllənin tətbiqi ilə ölkənin tikinti sektorunda yeni mərhələ başlayıb. Həm bu sahənin qanunvericilik əsaslarının təkmilləşdirilməsi, həm də tikinti fəaliyyətinin optimallaşdırılması baxımından əhəmiyyətli islahatların icrasına start verilib.

Tikinti prosesində keyfiyyət və təhlükəsizliyə, yəni bina və qurğuların möhkəmlik, etibarlılıq və dayanıqlıq tələblərinə, tikinti qanunvericiliyinə, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihələrinə uyğun inşasına nəzarəti Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi həyata keçirir.

Qurumun Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəis müavini Elxan Əsədov AZƏRTAC-a deyib ki, agentliyin nəzarət funksiyaları layihəqabağı tədqiqatlar və mühəndis-axtarış işləri də daxil olmaqla tikinti prosesinin bütün mərhələlərini əhatə edir.

Tikintinin layihələndirilməsi

Elxan Əsədov vurğulayıb ki, tikinti fəaliyyətinin subyekti istər fərdi sahibkar, istərsə də dövlət təşkilatı olaraq tikinti niyyətini formalaşdıraraq ona məxsus olan və ya icarə hüququ ilə tənzimlənən torpaq sahəsində bu və ya digər təyinatlı tikinti obyektinin layihələndirilməsi işlərinə başlayır: “Layihələndirmə işlərinə hazırlıq çərçivəsində tikinti obyektinin yerləşəcəyi ərazidə, ilk növbədə, mühəndis-axtarış işləri aparılmalıdır. Bu cür işlərin məqsədi tikinti aparılacaq torpaq sahəsində təbii (geoloji) şəraitin və texnogen təsirlərin öyrənilməsindən, ərazinin planlaşdırılması, tikinti obyektlərinin layihələrinin hazırlanması və əsaslandırılması üçün zəruri ilkin məlumatların əldə edilməsindən, eləcə də relyefin, qrunt və süxurların, yeraltı suların tədqiq edilməsindən, daha optimal tikinti materiallarının, bünövrə konstruksiyalarının, tikinti metod və texnologiyalarının seçimindən və zəruri mühəndis mühafizəsi tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Yəni həmin torpaq kütləsinin hansı səviyyəyə qədər yük və təsirləri qəbul edə biləcəyi, onun üzərində binanın yerləşdirilməsinin mümkünlüyü öyrənilməlidir. Mühəndis-axtarış işlərinin nəticələri texniki hesabat şəklində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Mühəndis-Axtarış Mərkəzinə təqdim olunur. Həmin mərhələdə vəzifəmiz fiziki və hüquqi şəxslər tərəfindən tikinti məqsədləri üçün yerinə yetirilmiş mühəndis-axtarış işlərinin nəticələrinə dair hesabatın şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tərtib edilməsinə nəzarətin aparılmasından ibarətdir. Mühəndis-Axtarış Mərkəzi mühəndis-axtarış işlərinin tərkibini və nəticələrini təhlil edərək onların şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olması barədə rəy verdikdən sonra layihələndirmə işlərinə başlanıla bilər”.

Layihələrin ekspertizası və icazə

Rəis müavininin sözlərinə görə, layihələndirmə başa çatdıqdan sonra tikinti layihələri agentliyin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə təqdim olunur. Baş İdarədə tikinti layihələrinin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğu yoxlanılır, dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərə münasibətdə isə ayrılmış vəsaitlərin səmərəli istifadəsi baxımından qiymətləndirilməsi aparılır.

“Tikinti layihələrinin ekspertizası zamanı, həmçinin inşası nəzərdə tutulan bina və qurğuların konstruksiyalarına, özül və əsaslarına yük və təsirlərin bərabər paylanması göstəriciləri təhlil edilir, onların həddi hallara görə hesabatı aparılır. Tikintiyə icazə icraatı çərçivəsində tikinti layihəsinin ekspertizadan keçirilməsinin nəticəsinə dair ekspert rəyi hazırlanır, sifarişçi və tikintiyə icazə verən müvafiq orqana (quruma) göndərilir. Tikintiyə icazə yalnız ekspertiza müəssisəsinin müsbət rəyindən sonra verilə bilər”, - deyə o diqqətə çatdırıb.

Tikinti ilə əlaqəli razılaşdırma

Elxan Əsədov tikinti ilə əlaqəli razılaşdırma prosedurlarının icrası zamanı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə qarşılıqlı əlaqə mexanizminin mövcud olduğunu, seysmik mikrorayonlaşdırma xəritələrinin hazırlanması istiqamətində Respublika Seysmoloji Xidmət Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yaponiyalı mütəxəssislərlə birgə işlərin aparıldığını vurğulayıb.

Bildirilib ki, Abşeron yarımadası və Xəzər sahili, Quba, Xaçmaz, Naxçıvan, cənub zonası 9, digər rayonlar isə 8 ballıq seysmik aktiv ərazi kimi qəbul edilir. Seysmik ərazilərdə bina və qurğuların inşası üçün şəhərsalma və tikintiyə dair zəruri normativ sənədlərin tələbləri rəhbər tutulur. Binaların seysmik təsirlərə dayanıqlıq dərəcəsinin artırılması məqsədilə müvafiq seysmik normalara dəyişiklik edilərək, beynəlxalq tələblərə uyğunlaşdırılıb.

İşə nəzarət

Tikinti işləri başladıqdan sonra bilavasitə ərazidə tikintiyə nəzarət mexanizmlərinin mahiyyətindən danışan rəis müavini bildirib ki, tikintiyə nəzarət tikinti-quraşdırma və söküntü işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını, bu işlərin yerinə yetirilməsi prosesində yol verilmiş pozuntuların vaxtında aşkar edilməsini və aradan qaldırılmasını, tikinti obyektlərinin etibarlılığını, dayanıqlılığını və möhkəmliyini təmin etmək məqsədilə həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintiyə nəzarətin dörd növü - dövlət nəzarəti, texniki nəzarət, müəllif nəzarəti, daxili əməliyyat nəzarəti müəyyən edilib.

Tikintiyə dövlət nəzarətinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən həyata keçirildiyini bildirən Elxan Əsədov əlavə edib ki, ölkənin bütün ərazisi, o cümlədən işğaldan azad edilmiş yerlər tikintiyə dövlət nəzarəti ilə əhatə olunub. Həmin məqsədlə Baş Dövlət Tikinti Müfəttişliyinin bölgələrdə 8 regional müfəttişliyinin fəaliyyəti təşkil edilib. Mövcud qaydaya görə, tikintiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verildiyi andan dərhal icazədə nəzərdə tutulmuş məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Eyni zamanda, tikintiyə dövlət nəzarəti hər bir tikinti obyekti üçün Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən “Tikintidə Dövlət Nəzarəti Jurnalı” açılmaqla aparılır. Bu məqsədlə obyektin sifarişçisi tikinti-quraşdırma işlərinə başlamazdan 10 gün əvvəl Baş Dövlət Tikinti Müfəttişliyinə zəruri sənədləri təqdim edir. Bu sənədlərə tikintiyə icazə, sifarişçi ilə podratçı arasında bağlanılmış müqavilənin surəti, podratçının lisenziyasının surəti, sifarişçi ilə layihəçi arasında müəllif nəzarətinin aparılması üçün bağlanılmış müqavilənin surəti və digər məlumatlar daxildir. Baş Dövlət Tikinti Müfəttişliyinin nəzarət funksiyaları tikintiyə icazə verildiyi və tikinti ərazisi hasarlandığı andan başlayır və bütün tikinti müddətində, tikinti obyektinin istismarına icazə verildiyi ana qədər davam edir.

Tikinti obyektində müəllif nəzarətinin aparılması üçün sifarişçi layihəçi ilə müqavilə bağlamadır. Bu məsələ də müvafiq normativ aktlarla tənzimlənir. Layihəçi tikintinin müəllifi olduğu layihəyə uyğun aparılıb-aparılmadığını müəyyənləşdirmək üçün bütün tikinti müddətində proseslərə nəzarəti həyata keçirməlidir. Bilavasitə tikinti meydançasında həyata keçirilən nəzarət tədbirləri və nəticələri “Müəllif nəzarəti jurnalı”na qeydlər şəklində daxil edilməlidir. Misal üçün, binanın bünövrəsinin qoyulma dərinliyinin təyini, torpaq işlərinin aparılması, armaturlanma və betonlama işləri, müxtəlif konstruktiv və texnoloji həllərin düzgün tətbiqi - bütün bu məqamlar müəllif nəzarəti ilə əhatə olunan məsələlərdir.

Tikintiyə nəzarətin digər növü - tikintiyə texniki nəzarət sifarişçi tərəfindən təmin edilir və müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir. Həmin şəxslər sifarişçinin maraqlarından çıxış edərək, tikintinin keyfiyyətinə, icra müddətlərinə, smeta dəyərinə nəzarət etməklə tikinti-quraşdırma işlərinin layihəyə və normalara uyğunluğunun yoxlanılması, üstüörtülü işlərin qəbulu və müvafiq aktların imzalanması, tikinti materiallarının keyfiyyət və uyğunluq sertifikatlarının mövcudluğunun yoxlanılması, icra sənədlərinin aparılması və pozuntuların aşkar edilərək aradan qaldırılması kimi funksiyaları həyata keçirir.

Sonuncu nəzarət növü daxili əməliyyat nəzarətidir ki, bu da tikintinin podratçısı tərəfindən təmin edilir. Daxili əməliyyat nəzarəti çərçivəsində podratçı icra olunan texnoloji əməliyyatların ardıcıllığının və tərkibinin texnoloji sənədlərə və normativ sənədlərin tələblərinə uyğunluğunu, texnoloji rejimlərə riayət olunmasını, əməliyyatların keyfiyyət göstəricilərinin və nəticələrinin layihə, normativ və texnoloji sənədlərə uyğunluğunu yoxlayır. Daxili əməliyyat nəzarətinin nəticələri iş jurnallarına daxil edilməlidir.

Yoxlama və keyfiyyət

Elxan Əsədov deyib ki, əslində, tikintiyə dövlət nəzarəti çərçivəsində Baş Dövlət Tikinti Müfəttişliyinin üzərinə düşən başlıca vəzifə tikinti meydançasında qeyd olunan bütün nəzarət növlərinin aidiyyəti subyektlər tərəfindən yerində təşkil edilməsinin yoxlanılmasıdır. Belə ki, tikintiyə nəzarət növlərindən hər hansı biri təşkil edilmədikdə, Baş Dövlət Tikinti Müfəttişliyinin tikintini dayandırmaq hüququ var. Müfəttişliyin əməkdaşları tikinti meydançasına gələrkən nəzarət jurnallarında müvafiq qeydlərin aparılmasını, qeydlər üzrə işlərin faktiki icra edilməsini yoxlayır və yoxlamanın müsbət nəticələri əsasında tikinti-quraşdırma işlərinin növbəti mərhələsinə icazə verirlər. Tikintinin növbəti mərhələsinə keçid memar, konstruktor və digər mütəxəssislər tərəfindən armatur millərin arasında məsafənin düzgün seçilməsi, yerləşdirilməsi və düzgün bağlanması, qəlibləmə işlərinin düzgün aparılması, betonlama texnologiyasına əməl olunması yoxlandıqdan sonra təmin edilir.

“Bundan başqa, hər bir tikinti meydançasında istifadə olunan inşaat materiallarının keyfiyyətinin yoxlanılması üçün müqavilə olmalıdır. İnşaat materiallarının, məmulat və konstruksiyalarının sınaq-müayinə işləri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu və digər ixtisalaşdırılmış müəssisələr tərəfindən aparılır. Əlavə olaraq, təkcə betonun keyfiyyətinə nəzarət edən bir neçə özəl şirkətin də fəaliyyət göstərdiyini vurğulamaq lazımdır. Biz tikintiyə nəzarət qurumu olaraq fəaliyyətimizi həmin şirkətlərlə qarşılıqlı əlaqədə həyata keçiririk. Lakin ölkə ərazisində aparılan tikintilərin əksəriyyətində beton məmulatlarının, armatur, inert materiallarının, keramik daşların və digər inşaat materiallarının standartlara uyğunluğu məhz S.Ə.Dadaşov ETLKİM İnstitutu ilə bağlanan müqavilələr əsasında yoxlanılır”, - deyə o qeyd edib.

Norma və qaydalar pozularsa…

Tikinti prosesində norma və qaydaların pozulması halları aşkarlandığı zaman görülən tədbirlərdən bəhs edən Elxan Əsədovun sözlərinə görə, bəzən elə olur ki, betonun markası layihədə göstərilənlərə uyğun gəlmir. Belə halda tikinti dayandırılır və möhkəmlik göstəricilərinə cavab verməyən betondan hazırlanmış konstruktiv elementin sökülməsi tələb olunur: “Eyni ilə mənşəyi məlum olmayan, uyğunluq sertifikatı ilə müşayiət olunmayan digər inşaat materialları aşkarlandıqda həmin materialların əvəzlənməsi barədə tərəfimizdən göstərişlər verilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə tikintisinə icazə tələb olunan tikinti obyektləri belə icazə olmadan inşa edildikdə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi həmin tikintinin öz fəaliyyəti çərçivəsində və ya yerli icra hakimiyyəti orqanlarının və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciətləri əsasında dayandırılması barədə göstəriş verir. Tikintidə pozuntu aşkar edilərsə, həmin pozuntunun tikintini dayandırmadan aradan qaldırılmasını tələb edirik. Lakin pozuntunun tikintini dayandırmadan aradan qaldırılması mümkün olmadıqda, tikinti-quraşdırma işlərinin 10-15 günə, hətta bir aya qədər müddətə dayandırılması təmin edilir. Bu halda tikintinin davam etdirilməsi yalnız pozuntu aradan qaldırıldıqdan sonra mümkündür. Bundan başqa, tikinti və şəhərsalma qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda tikinti obyektlərinin sökülməsi zərurəti ilə də üzləşirik. Qanunvericilik bələdiyyə və dövlət torpaqlarında tikintiyə icazə olmadan aparılan və ya digər yollarla aradan qaldırılması mümkün olmayan nöqsanlı tikintinin müvafiq qaydada sökülməsi mexanizmini müəyyən edir”.

Rəis müavini vurğulayıb ki, tikinti prosesində qanunvericiliyin pozulması, pozuntuların vaxtında aradan qaldırılmaması inzibati məsuliyyət yaradır ki, bunun da hüquqi əsası İnzibati Xətalar Məcəlləsində müəyyən edilib. Fiziki, hüquqi və vəzifəli şəxslər üçün ayrı-ayrı cərimə sanksiyaları nəzərdə tutulub - fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 15 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir.

Müxbir – Göyçək Mahmudlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır