DÜNYA
Tokio Prokurorluğu Karlos Qonun həbsi üçün order alıb
Tokio, 30 yanvar, AZƏRTAC
Tokio Prokurorluğu “Nissan” şirkətinin direktorlar şurasının sabiq sədri, immiqrasiya nəzarəti barədə qanunu pozaraq ölkədən qaçan Karlos Qonun həbsi üçün order alıb.
AZƏRTAC xəbər verir ki, K.Qon ötən ilin sonunda Yaponiyada immiqrasiya yoxlamasından keçmədən şəxsi təyyarə ilə Livana qaçıb.
Xatırladaq ki, K.Qon maliyyə cinayətlərinə görə Yaponiyada həbs edilsə də, sonradan külli miqdarda girov müqabilində azadlığa buraxılıb.
Prokurorluğun K.Qon ilə yanaşı, ona qaçmaqda kömək etməkdə şübhəli bilinən daha üç nəfərin həbsi üçün order aldığı qeyd edilir. Həmin şəxslərdən biri ABŞ xüsusi təyinatlılarının sabiq əməkdaşıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [13:35]
Çexiyada pivə istehlakı tarixi minimuma enib
- 08.05.2024 [12:55]
“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir
- 08.05.2024 [12:45]
İsrail Kerem-Şalom keçid məntəqəsini açıb
- 08.05.2024 [12:20]
Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq
- 08.05.2024 [12:04]
Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb
- 08.05.2024 [11:48]
Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər
- 08.05.2024 [11:42]