Tokioda keçırilən dünya çempionatında idmançılarımız altıncı günə uğurla başlayıblar
Tokio, 30 avqust, AZƏRTAC
Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatının altıncı günü Azərbaycan idmançılarının uğurlu çıxışları ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, həmin gün mübarizəyə qoşulan 100 kiloqramadək çəki dərəcəsində yer alan Elmar Qasımov və Zeyim Kotsoyev ilk görüşü otuzikidəbir finalda keçirərək qalib gəliblər. Əvvəlcə Z.Kotsoyev braziliyalı Concalves Leonardo ilə qarşılaşıb. Rəqibini ippon fəndinə salan idmançımız görüşü qələbə ilə başa vurub.
Digər həmyerlimiz Elmar Qasımov isə braziliyalı Daniel Muketeyə qalib gəlib.
Qeyd edək ki, hələlik Azərbaycan cüdoçuları dünya çempionatında iki medal qazanıblar. Rüstəm Orucov gümüş, Hidayət Heydərov isə bürünc medala sahib olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio