Topaz Premyer Liqası: “Zirə” son dəqiqələrdə məğlubiyyətdən xilas ola bilib
Bakı, 3 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda eyniadlı komanda ilə “Qəbələ” üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qarşılaşmanın 57-ci dəqiqəsində “Qəbələ”nin kapitanı Cavid Hüseynovun zərbəsindən sonra top “Zirə”nin müdafiəçisi Bəxtiyar Həsənalızadəyə dəyərək qapıdan keçib.
Matçın 87-ci dəqiqəsində isə İsmael Fofana cinah ötürməsindən sonra başla dəqiq zərbə endirib.
Bu nəticədən sonra komandaların mövqelərində dəyişiklik baş verməyib. “Qəbələ” 25 xalla 4-cü, “Zirə” 18 xalla 6-cı pillədə qalıb.
Qeyd edək ki, ilk oyun günündə “Səbail” “Sumqayıt”la qolsuz heç-heçə etdiyi halda, “Neftçi” “Sabah”ı darmadağın edib - 3:0. Tura bu gün “Keşlə” - “Qarabağ” matçı ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]