Topaz Premyer Liqasında mövsümün ilk böyük hesablı nəticəsi qeydə alınıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasında mövsümün ilk böyük hesablı nəticəsi qeydə alınıb.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildiriblər ki, altıncı turda “Rəvan” ilə səfər qarşılaşmasında 3 cavabsız qol vuran “Qəbələ” cari mövsümdə ilkə imza atıb. Belə ki, əvvəlki 5 turun 25 oyununda böyük hesaba rast gəlinməmişdi. Ölkə çempionatları tarixində belə nəticə heç vaxt bu qədər gec qeydə alınmamışdı. Əvvəlki 23 mövsümün 19-da birinci, üçündə isə ikinci turda ən azı bir qarşılaşma 3 və daha çox top fərqi ilə başa çatıb. Bir dəfə isə ilk böyük hesab 3-cü turda olub. Cari mövsüm isə belə nəticəyə ən gec təsadüf olunan çempionatdır.
Ümumilikdə isə əvvəlki 23 çempionatda 761 belə hesaba rast gəlinib. “Qəbələ” 19 dəfə bu hesabla qalib gəlib. “Rəvan” isə 12-ci dəfə 3 və ya daha çox top fərqi ilə uduzub.
Ölkə çempionatlarında böyük hesablı qələbəyə hamıdan çox “Neftçi” nail olub - 116 qələbəyə. Bu nəticəni “Kəpəz” 91, “Qarabağ” isə 84 dəfə əldə edib. MOİK isə hamıdan çox - 52 dəfə ağır məğlubiyyət alıb. “Şahdağ” (Qusar) 45, “Turan” 44 dəfə böyük hesabla məğlubiyyətə uğrayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:31]
“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
- 17.10.2026 [20:54]
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [12:21]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]