Tovuzda 150-yə yaxın gənc güləşçi rayon birinciliyində mübarizə aparıb
Tovuz, 21 aprel, AZƏRTAC
Tovuz Olimpiya İdman Kompleksində Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, yarışda Tovuz, Ağstafa, Qazax, Şəmkir rayonları və Gəncə şəhərindən, ümumilikdə 147 idmançı iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın yekununa əsasən komanda hesabında I yerə Tovuz, II yerə Qazax, III yerə isə Gəncə komandası layiq görülüb.
Qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
Müxbir - Ruslan Novruzoğlu