Tovuzda bayram konserti: Həmrəylik Günü və Yeni il sevinci
Tovuz, 30 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Tovuz rayonunda bayram konserti təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi yad edilib.
Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayon sakinlərini və qonaqları Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, xalqımızın birlik və həmrəyliyinin əhəmiyyətini vurğulayıb.
Bayram tədbiri konsert proqramı ilə davam edib.
Şaxta baba və Qar qızın iştirakı ilə uşaqlara müxtəlif hədiyyələr paylanılıb.