Tovuzda gənclər üçün təlim təşkil edilib
Tovuz, 9 iyul, AZƏRTAC
Tovuz gəncləri növbəti təlimdə iştirak edib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə "Tovuz Gənclər evi"ndə Tovuz rayonu üzrə gənclər və idman sektorunun və "Tovuz Gənclər evi"nin birgə təşkilatçılığı ilə “Effektiv ünsiyyət bacarıqları” mövzusunda təlim təşkil olunub.
Təlim zamanı gənclərə ünsiyyətin forma və üslubları, effektiv ünsiyyət və onun əsas elementləri, sendviç metodu, ünsiyyətdə rast gəlinən maneələr, effektiv ünsiyyətdə vacib bacarıqlar, həmçinin aktiv dinləmə və ünsiyyətdə "3 Mən" anlayışı mövzuları barədə ətraflı məlumat verilib.
İnteraktiv formatda keçirilən təlim zamanı iştirakçıların sualları cavablandırılıb, praktik nümunələr təqdim olunub, həmçinin praktik tapşırıqlar icra edilib.
Təlimdə ümumilikdə 28 gənc iştirak edib.
Müxbir - Ruslan Novruzoğlu