Tovuzda şadlıq sarayında nöqsanlar aşkarlanıb
Bakı, 22 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində fiziki şəxs Abbasov Şükür Salman oğluna məxsus “Turan” şadlıq sarayında keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Qida təhlükəsizliyi sahəsində texniki normativ sənədlərin tələblərinin pozulduğu və heyvan mənşəli məhsulların baytarlıq-sanitariya ekspertizası aparılmadan istifadə edildiyi müəyyən olunub. Aşkar olunmuş qanun pozuntularına əsasən, sahibkar inzibati məsuliyyətə cəlb olunub, həmçinin müvafiq qanunvericiliyin tələbləri izah edilib və nöqsanların aradan qaldırılması barədə göstəriş verilib.