TOVUZDA TƏHSİL İŞÇİLƏRİNİN YIĞINCAĞI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Tovuz şəhər mədəniyyət evində rayon təhsil işçilərinin yığıncağı keçirilmişdir. Yığıncaqda 2007-2008-ci tədris ilində görülmüş işlər və növbəti tədris ilində qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov bildirmişdir ki, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminə inteqrasiya etməkdədir. Ona görə də rayonun təhsil işçiləri işlərini günün tələbləri səviyyəsində qurmalıdırlar. Natiq ötən tədris ilində təhsil işçilərinin qazandığı uğurları sadalayaraq bu sahədə mövcud nöqsanlardan da danışmışdır.
Müəllimlər Elçin Abdıyev, Rüfət Qasımov, Mənsurə Şəfiyeva və başqaları çıxış edərək, ötən tədris ilində əldə olunan uğurlardan danışmış, gələn tədris ilində qarşıda duran vəzifələrdən söz açmışlar.
Yığıncaqda Tovuz rayonunun təhsil işçiləri qarşıdan gələn prezident seçkilərində fəal iştirak edəcəklərini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]