İQTİSADİYYAT
TOVUZDA YENİ AVTOMAT TELEFONSTANSİYALARI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Tovuz rayonunun Xatınlı kəndində 768 nömrə tutumu olan elektron tipli avtomat telefon stansiyası istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə rayon telekommunikasiya qovşağının rəisi Bakir Bayramov, “Aztelekom” İstehsalat Birliyinin məsul işçisi Zakir Mirzəyev, rayon icra hakimiyyətinin şöbə müdiri Bəhruzər Rüstəmov və başqaları son zamanlar respublikamızın rabitə sahəsində qazanılan uğurları sadalamış, Tovuz rabitəsinin inkişafında həyata keçirilən tədbirlərdən danışmışlar.
Mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Rayonun Düz Cırdaxan kəndində 512 nömrəlik, Sarıtala kəndində isə 256 nömrəlik elektron tipli avtomat telefon stansiyaları da istifadəyə verilmişdir.