Tovuzda yol-nəqliyyat hadisəsi baş verib, yaralanan var VİDEO
Tovuz, 2 avqust, AZƏRTAC
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.
“Vaz-2107” markalı avtomobil ehtiyatsızlıqdan qarşıda gedən ZİL markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində “Vaz-2107” avtomobilinin sürücüsü Sübhan Məmmədov xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Ruslan Novruzoğlu