“Toyota”nın pilotları Almaniya rallisində fərqləniblər
Bakı, 26 avqust, AZƏRTAC
Ralli üzrə dünya çempionatının növbəti mərhələsi Almaniyada keçirilib.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Toyota”nın pilotları ilk üç pillədə qərarlaşıblar. Belə ki, Ott Tyanak Almaniya rallisinin qalibi olub. Kris Mik və Yari-Matti Latvala isə ilk üçlüyü tamamlayıblar.
Pilotların cədvəlinə O.Tyanak 205 xalla başçılıq edir. “Hyundai” komandasının pilotu Terri Nivell 172 xalla ikinci, “Citroen”un sürücüsü Sebastian Ogier isə 165 xalla üçüncü pillədə qərarlaşıb.
Dünya çempionatının növbəti mərhələsi sentyabrın 12-15-də Türkiyədə təşkil olunacaq. 1973-cü ildən Beynəlxalq Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən çempionatın cari mövsümünə noyabrın 17-də Avstraliyada yekun vurulacaq.