Tunisdə ərəb ölkələri xarici işlər nazirlərinin görüşü keçirilib
Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Tunisdə Ərəb Dövlətləri Liqasının sammiti ərəfəsində ərəb ölkələri xarici işlər nazirlərinin görüşü keçirilib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, görüşdə çıxış edən Ərəb Liqasının baş katibi Əhməd Əbu əl-Geyt təşkilata üzv dövlətləri Yəmən, Suriya və Liviyada davam edən münaqişələrin sülh yolu ilə həlli istiqamətində səyləri gücləndirməyə çağırıb.
Görüşdə Səudiyyə Ərəbistanının xarici işlər naziri İbrahim əl Assaf və digər nazirlər Suriyada son vəziyyət və bu ölkə ilə bağlı gələcək planlarını bölüşüblər. Lakin ərəb ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri bu məsələdə həmrəylik nümayiş etdirə bilməyiblər. Onlardan bəziləri Suriyanın hazırkı dövlət başçısı ilə əməkdaşlığın bərpa edilməsini, digərləri isə onunla əlaqədar təcrid siyasətinin davamını təklif ediblər.
Ərəb ölkələrinin nazirləri ABŞ-ın Colan təpələri ilə bağlı mövqeyini də sərt tənqid ediblər. Dövlət başçılarının sammitində də bununla bağlı bəyanatın veriləcəyi gözlənilir. Əbu əl-Geyt bildirib ki, Colan təpələri Suriya ərazisidir və ərəb ölkələri ABŞ-ın bu qərarını qəbul etmirlər.
Xarici işlər nazirləri Sudan və Əlcəzairdə vəziyyət, Fələstin problemi və digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]