Tunisdən ölkə prezidentinin səhhətinə dair ziddiyyətli xəbərlər gəlir
Bakı, 27 iyun, AZƏRTAC
Tunisdən bu gün səhhətinin kəskin pisləşməsi ilə bağlı xəstəxanaya yerləşdirilmiş Prezident Beji Kaid əs-Sebsinin vəziyyəti haqqında ziddiyyətli informasiyalar gəlir.
AZƏRTAC xəbər verir ki, Al-Hadath telekanalı 92 yaşlı dövlət başçısının öldüyünə dair məlumat yayıb. Lakin Tunis Afrique Press agentliyinin məlumatına görə, prezidentin müşaviri Firas Kefraş dövlət başçısının ölüm xəbərini təkzib edib. “Prezident sabit kritik vəziyyətdədir”, - deyə o bildirib.
Eyni zamanda, Mosaique radiostansiyasının yaydığı digər xəbərə əsasən, parlamentin sədri Məhəmməd an-Naser bütün siyasi blokların rəhbərlərinin iştirakı ilə Xalq Nümayəndələri Məclisinin təcili iclasını çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]