Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının idarə heyətinin sədri Bilal Dündardan
Hörmətli cənab Prezident,
Azərbaycanın inkişafındakı böyük xidmətlərinizin qədir- qiymətini bilən uca xalqınızın böyük etimadı ilə yenidən Prezident seçilməyinizi bayram sevinci ilə qeyd edirik.
Qafqazın parlayan ulduzu olan Azərbaycanın daha da inkişafı üçün göstərdiyiniz səylərin davamlı olacağına ürəkdən inanırıq.
Sizi səmimi qəlbdən təbrik edir, cansağlığı, xoşbəxtlik, uzun ömür və uğurlar arzulayıram.
Hörmətlə,
Bilal Dündar
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının
idarə heyətinin sədri