DÜNYA
Türkiyə Prezidenti: Fərat çayının şərqini terrorçulardan təmizləməkdə qərarlıyıq
Ankara, 1 sentyabr, AZƏRTAC
Suriyada və Aralıq dənizinin şərqində baş verən proseslər Türkiyə üçün xüsusi əhəmiyyətli məsələlərdir. Bu prosesləri seyr etməklə kifayətlənmək niyyətində deyilik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik etdiyi Ədalət və İnkişaf Partiyasının Konya vilayət toplantısında ifadə edib. Prezident diqqətə çatdırıb ki, Türkiyə Fərat çayının şərqini terrorçulardan təmizləməkdə qərarlıdır.
Qeyd edək ki, Türkiyə və ABŞ Fərat çayının şərqini terrorçulardan təmizləməkdə, o cümlədən Suriya ilə dövlət sərhədi boyunca təhlükəsizlik zolağının təmin edilməsində israrlıdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [17:53]
Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur
- 21.05.2024 [17:04]
Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir
- 21.05.2024 [17:00]
Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib
- 21.05.2024 [16:02]
Sinqapur təyyarəsi turbulensə düşdü: ölən və yaralanalar var
- 21.05.2024 [15:22]