Türkiyə Superliqası: “Başakşəhər” səfərdə “Yeni Malatyaspor”u məğlub edib
Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də futbol üzrə Türkiyə Superliqasının XXIV turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, lider “Başakşəhər” səfərdə “Yeni Malatyaspor”la qarşılaşıb.
“Yeni Malatyaspor” stadionunda baş tutan oyun gərgin hücumlarla yada qalıb. Görüşün 44-cü dəqiqəsində İstanbul təmsilçisinin hücumçusu Emre Belezoğlu 11 metrlik cərimə zərbəsindən hesabı açıb. Qonaqlar bir daha 57-ci dəqiqədə Edin Viskanın qolu ilə meydan sahiblərini mərkəzdən başlamağa məcbur ediblər. Oyun 0:2 hesabı ilə sona çatıb.
Bu qələbədən sonra “Başakşəhər” 54 xalla turnir cədvəlində öz liderliyini qoruyub saxlayır. “Yeni Malatyaspor” isə bu məğlubiyyətdən sonra 34 xalla 6-cı olub.
Turun digər maraqlı oyunu isə “Konyaspor”la “Göztəpə” arasında olub. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]