Türkiyədə “Azərbaycan həftəsi” adlı silsilə tədbirlər keçiriləcəkdir
Bakı, 16 noyabr (AZƏRTAC). Noyabrın 18-20-də Türkiyədə “Azərbaycan həftəsi” adlı silsilə tədbirlər keçiriləcəkdir. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) məlumat verilmişdir.
SAM-ın direktoru Fərhad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirlərdə iştirak edəcəkdir. Nümayəndə heyətinə SAM-ın xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Cavid Vəliyev, iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Zaur Vəliyev və mətbuat xidmətinin rəhbəri Mehriban Həsənova, eləcə də Milli Məclisin deputatı Musa Qasımlı, Milli Məclis Aparatının analitik informasiya şöbəsinin müdir müavini Hatəm Cabbarlı, “Qafqaz” Araşdırmalar Mərkəzinin baş direktoru Araz Aslanlı, APA TV-nin direktoru Vüqar Məsimoğlu və Azərbaycan Diplomatik Akademiyasının elmi işçisi Taleh Ziyadov daxildir.
Səfər ərəfəsində Ankara, Yalova, Edirnə, Bursa, Bandırma şəhərlərində bir sıra görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin Ankarada Türkiyə Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri İbrahim Kalın və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüş keçiriləcəkdir. Bundan başqa, Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzi ilə birlikdə “dəyirmi masa”nın, Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi ilə birgə konfransın və digər tədbirlərin təşkili nəzərdə tutulmuşdur.