ELM VƏ TƏHSİL
TÜRKİYƏLİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Qəhrəman Binnətli görüşdə çıxış edərək, demişdir ki, əsas məqsədimiz universitetin hazırlıq kursuna daxil olanları təbrik etmək , onlara öz məsləhət və tövsiyələrimizi vermək, vəziyyətləri haqqında aydın təsəvvür yaratmaqdır. Prorektor məlumat vermişdir ki, bu il hazırlıq fakültəsində 204 nəfər oxuyacaqdır. Azərbaycan türkiyəli tələbələrin də vətənidir. Hazırda universitetin müxtəlif fakültələrində 66 nəfər əcnəbi təhsil alır. Onlardan 33 nəfəri Türkiyəni təmsil edir. Bu gənclər Azərbaycanın gələcək dostları kimi yetişirlər.
Təhsil nazirinin müavini Elmar Qasımov türkiyəli tələbələrə təhsilə daha ciddi yanaşmağı, Vətənə savadlı vətəndaş kimi qayıtmağı tövsiyə etmişdir.
Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin təhsil müşaviri Ünsal Özpinar çıxış edərək, tələbələri səfirlik adından təbrik etmiş və onlara təhsildə uğurlar arzulamışdır.