TÜRKİYƏNİN AVEA RABİTƏ XİDMƏTLƏRİ QSC “KARABAKH TELECOM” ŞİRKƏTİ İLƏ MÜQAVİLƏNİ POZMUŞDUR
Türkiyənin Bakıdakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Azərbaycan mətbuatında Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom”un yüzə yaxın ölkənin şirkəti ilə müqavilə imzaladığı və bu şirkətlər arasında Türkiyənin Avea Rabitə Xidmətləri Qapalı Səhmdar Cəmiyyətinin də olması barədə məlumatlar yayılmışdır.
Səfirlik bununla bağlı Avea Rabitə Xidmətləri QSC-dən məlumat tələb etmişdir. Şirkətdən bildirilmişdir ki, 2005-ci il martın 13-də “Karabakh Telecom” ilə imzalanan dövriyyə müqaviləsinə əsasən, həmin ilin aprelindən qarşılıqlı beynəlxalq dövriyyə xidməti açılmışdır. Araşdırmalar zamanı müqavilə imzalanarkən “Karabakh Telecom”un öz ünvanını səhv göstərdiyi məlum olmuşdur. Cari il avqustun 5-də isə müqavilə ikitərəfli qaydada pozulmuş, beynəlxalq dövriyyə xidməti hər iki tərəfdən bağlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [16:57]
BMT Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edib
- 08.05.2026 [15:15]
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Liderliyin Heydər Əliyev zirvəsi
- [15:55]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xalqa bağışlanan ömür
- [11:14]
Bəşəriyyət üçün dahilik nümunəsi
- [09:17]