TÜRKİYƏNİN BAŞ NAZİRİ İSTANBULDAKI PARTLAYIŞLARI TÖRƏDƏNLƏRİN TÜRK OLMASINDAN TƏƏSSÜFLƏNDİYİNİ BİLDİRMİŞDİR
Bu günlərdə İstanbulda terror aktları törətmiş 4 kamikadzenin hamısı türkdür. AZƏRTAC-ın müxbirinin Ankaradan verdiyi xəbərə görə, bunu noyabrın 22-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirmişdir. O, sonuncu terror aktının qurbanı olmuş iki polis işçisinin dəfn mərasimində çıxış edərək demişdir ki, Türkiyə bu cinayətlər üçün öz vətəndaşlarının məsuliyyət daşımasına görə xəcalət çəkir. Hökumət terrorçuların xarici qruplaşmalarla əlbir olduğuna əmindir. “Əl Qaidə”yə mənsub olduqlarını bildirən təşkilatlar isə İstanbulda azı 52 insanın həyatına son qoyan dörd partlayışı törətdiklərini etiraf etmişlər.
Baş nazir ölkənin bütün vətəndaşlarını hazırlanmaqda olan terror aktları ilə əlaqədar ayıq-sayıq olmağa və şübhələndikləri adamlar barədə dərhal xəbər verməyə çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]