Türkiyənin Gəncədəki Baş Konsulluğunda Mustafa Kamal Atatürkün xatirəsi anılıb
Gəncə, 10 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 83-cü ildönümü ilə bağlı qardaş ölkənin Gəncədəki Baş Konsulluğunda tədbir keçirilib.
Tədbirdə Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, şəhər rəhbərliyi, şəhər ictimaiyyəti və ziyalılar, tələbələr və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk çıxış edərək, tarix boyu iki ölkə arasında olan münasibətlərdən və əldə olunan nailiyyətlərdən söhbət açıb. Bildirib ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləri üzərində qurulub.