DÜNYA
Türkiyənin yeni hava limanına ilk təyyarə uğurlu eniş edib
İstanbul, 25 mart, AZƏRTAC
Martın 25-də istifadəyə veriləcək Türkiyənin yeni Tokat Hava Limanına ilk təyyarə enib.
AZƏRTAC xəbər verir ki, İstanbuldan Tokat vilayəti istiqamətində hərəkət edən “Türk Hava Yolları”na məxsus TK 2582 saylı təyyarə aeroporta uğurlu eniş edib.
Türkiyədə həyata keçirilən ən böyük layihələrdən biri olan Tokat Hava Limanının ildə iki milyon sərnişinə xidmət edəcəyi gözlənilir. Təxminən 550 milyon türk lirəsi məbləğində sərmayə yatırılan aeroport 16 min 200 kvadratmetr sahədə inşa olunub. Aeroportun uçuş-enmə zolağının uzunluğu 2700, eni isə 45 metrdir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [16:02]
Sinqapur təyyarəsi turbulensə düşdü: ölən və yaralanalar var
- 21.05.2024 [15:22]
Türkiyə Əfqanıstan ilə aviareysləri bərpa edib
- 21.05.2024 [15:12]
Londondan Sinqapura uçan təyyarə güclü hava boşluğuna düşüb
- 21.05.2024 [15:05]
Türkiyənin vitse-prezidenti Selcuk Bayraktara təşəkkür edib
- 21.05.2024 [14:58]
2013-2023-cü illərdə mövcud olan veb-səhifələrin dörddəbiri yoxa çıxıb
- 21.05.2024 [14:57]
BMT: Əfqanıstanda daşqınlar 30 mindən çox insana təsir göstərib
- 21.05.2024 [14:46]