TÜRKMƏNİSTANDA UZUN FASİLƏDƏN SONRA OPERA GÖSTƏRİLƏCƏKDİR
AZƏRTAC Türkmənistan televiziyasına istinadla xəbər verir ki, Türkmənistan Nazirlər Kabinetinin iclasında Prezident Qurbanqulu Berdiməhəmmədova “Şahsənəm və Qərib” operasının tamaşasına dəvətnamə təqdim edilmişdir. Bu, Türkmənistanda uzun fasilədən sonra göstəriləcək ilk opera tamaşası olacaqdır.
Türkmənistanın birinci Prezidenti Saparmurad Niyazovun hakimiyyəti dövründə bu ölkədə incəsənətin balet, sirk və bəzi başqa növləri kimi, operaya da qadağa qoyulmuşdu. Niyazov belə hesab edirdi ki, incəsənətin bu növləri türkmən xalqına yabançı və onun üçün anlaşılmazdır. Prezident Q.Berdiməhəmmədov mədəniyyət sahəsində milli və dünya mədəniyyətlərinin bir-birinə qarşılıqlı təsiri və bir-birini zənginləşdirməsi xəttini həyata keçirməyə başlamışdır. Türkmənistan hökuməti, məsələn, milli sirk sənətinin bərpa olunması və inkişaf etdirilməsi barədə qərar qəbul etmişdir.
Dövlət başçısına dəvətnaməni Türkmənistan hökumətinin Baş nazirinin mədəniyyət məsələləri üzrə müavini Maisə Yazməhəmmədova təqdim etmişdir. O bildirmişdir ki, milli opera sənətinin bərpa edilməsi barədə Prezidentin tapşırığı yerinə yetirilmişdir.
“Şahsənəm və Qərib” operasının ilk tamaşası yaxın günlərdə Milli Mərkəzin Muğam Sarayının səhnəsində göstəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]