TÜRKSOY türk dünyasında teatr fəaliyyətinə görə mükafatlandırılıb
Ankara, 4 fevral, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Türkiyədə fəaliyyət göstərən “Tiyatro” qəzetinin təsis etdiyi Anadolu teatr ödüllərinə aid “Beynəlxalq sənətə evet” mükafatı ilə təltif olunub.
TÜRKSOY-dan AZƏRTAC-a verilən məlumata görə, təşkilat bu mükafata türk dünyasında teatr fəaliyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Mükafatı Anadolu 6-cı teatr ödüllərinin təqdimetmə mərasimində baş katib Düsen Kaseinova Türkiyənin məşhur teatr xadimi Tamer Levent tərəfindən təqdim olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara