TÜRKSOY-un baş katibi qədim Urgənc və Xivə şəhərlərində olub
Daşkənd, 1 yanvar, AZƏRTAC
TÜRKSOY-un baş katibi Düsen Kaseinovun rəhbərliyi ilə nümayəndə heyəti qədim Urgənc və Xivə şəhərlərində olub.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini Özbəkistan Mədəniyyət Nazirliyinin yüksək səviyyəli şəxsləri müşayiət edib.
Urgənc şəhərində Düsen Kaseinov Xarəzm vilayətinin hakimi Farxad Fermanovla görüşüb. Görüşdə 2020-ci ildə qədim Xivə şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” statusuna namizədliyi məsələsi müzakirə olunub.
D.Kaseinov bildirib ki, qısa fasilədən sonra Özbəkistanın TÜRKSOY-un sıralarına qayıtması şübhəsiz əlamətdar hadisədir və təşkilatın mövqelərinin möhkəmləndirilməsində bu ölkənin böyük rolu olacaq.
Sonra nümayəndə heyəti qədim Xivə şəhərini gəzib, təkrarsız abidələrə baxıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]