UEFA Çempionlar Liqası: "Qarabağ” yenidən hesabı bərabərləşdirib
Bakı, 27 iyul, AZƏRTAC
İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında əlavə vaxtda Ağdam təmsilçisi hesabı bərabərləşdirib.
AZƏRTAC xəbər verir ki, matçın 98-ci dəqiqəsində Ovusu Kvabena fərqlənib - 2:2.
Qeyd edək ki, bu cütün qalibi üçüncü təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) - “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzan komanda isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.