Azərbaycan Dövlət İnformasiya Agentliyi

UEFA klubları Çempionlar Liqasına həsrət qoya bilərmi?

UEFA klubları Çempionlar Liqasına həsrət qoya bilərmi?

Bakı, 2 sentyabr, AZƏRTAC

Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) Avropa kubokları turnirlərinin keçirilməsi formatını dəyişmək planları barədə ilk informasiya bu il may ayında yaranıb. Həmin məlumatın yayılması müxtəlif sirlər və intriqalarla bağlı idi, UEFA özü isə indiyə qədər heç bir rəsmi sənəd təqdim etməyib. Ehtimal edilən dəyişikliklərin maketini yalnız bəzi KİV-lər əldə edə biliblər.

Məlumatda bildirildi ki, UEFA Avropa Futbol Liqaları Assosiasiyasının nümayəndələrinə bir layihə nümayiş etdirib. Həmin layihəyə əsasən, bizim hamımızın adət etdiyimiz formada Avropa kubokları 2024/25-ci illər mövsümündən sonra mövcud olmayacaq. Həmin sənəddə təşkilatın əsas klub turniri olan Çempionlar Liqasına xüsusi diqqət yetirildi, lakin paralel olaraq Avropa Liqası mövzusuna da toxunulur. Bu islahatların qəbul edilib-edilməyəcəyi hələ məlum deyil, lakin artıq xeyli vaxtdır ki, futbol ictimaiyyəti bu mövzunun müzakirəsini davam etdirir.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Çempionlar Liqası həmişə elitar turnir olub. Son illərdə bu fikir ictimai şüurda kök salmağa başlayıb. Vaxtilə elə də sanballı büdcəsi olmayan komandalar, məsələn Rumıniyanın “Styaua”, İngiltərənin “Nottingem Forrest” və ya Yuqoslaviyanın “Srvena Zvezda” komandası bu turnirin qalibi ola bilərdi. Bəli, o dövrdə (30-40 il bundan əvvəl) belə əhvalatlar kütləvi xarakter daşımırdı, lakin hər halda mümkün idi. İndi isə bu mümkün deyil. 2000-ci illərin əvvəlindən bu turnirin qalibləri yalnız varlı və məşhur komandalar olub.

Qapalı klub

Təklif edilən layihəyə görə, Çempionlar Liqasının qrup mərhələsi əsaslı şəkildə dəyişəcək. İştirakçıların sayı indiki kimi qalacaq - 32 komanda, lakin hərəsi 4 komandadan ibarət olan 8 qrup əvəzinə hərəsi 8 klubdan ibarət olan 4 qrup yaratmaq təklif edilir. Bu dəyişiklik ilk baxışda kosmetik görünür, əslində isə belə deyil. Tədbirin məqsədi sadədir - qrup mərhələsində hər bir klub üçün matçların sayını artırmaq. Hazırda Çempionlar Liqasının iştirakçıları bu mərhələdə hərəyə 6 görüş keçirirlər, islahatlardan sonra isə belə görüşlərin sayı 14 olacaq.

Aşkardır ki, UEFA ən böyük matç seqmentinin genişləndirilməsi hesabına gəlirini artırmaq niyyətindədir. Əlbəttə, play-off oyunları yaxşı məsələdir, lakin təkcə onların hesabına uzağa getmək olmaz. Şimali Amerika liqaları, məsələn, Milli Basketbol Assosiasiyası (NBA) buna oxşar modeldən çoxdan və uğurla istifadə edirlər. Müntəzəm çempionat Çempionlar Liqasının qrup mərhələsinin analoqudur və hər bir komanda üçün 82 matçdan ibarət olur. Liqanın rəhbərliyi sevinir, amma oyunçular və məşqçilər o qədər də sevinmirlər, çünki onlar hər həftə bir neçə oyun keçirməli olacaqlar.

Məntiq və sağlam düşüncə baxımından belə təqvim absurddur. Matçların heç də hamısı tamaşaçılarda maraq doğurmur, amma basketbolçular öz sağlamlıqlarını ciddi riskə məruz qoymalı olurlar. Bununla belə, liqa müntəzəm çempionatı ixtisar edə bilmir, səbəb də külli məbləğdə gəlirlə bağlıdır. Görünür, UEFA da eyni ssenari üzrə hərəkət edəcək.

Qrup mərhələsində matçların sayının çoxalması futbolçuların yorğunluğundan əlavə daha bir problem doğurur. Hazırda Çempionlar Liqasının oyunları adi iş günlərində keçirilir ki, adətən istirahət günlərində təşkil olunan milli çempionat matçları ilə üst-üstə düşməsin. Lakin yeni reqlament qrup mərhələsinin görüşlərinin bir qismini şənbə və ya bazar günlərinə keçirməyi zəruri edə bilər. Bu halda ölkə çempionatlarının təqvimlərində əsl hərc-mərclik yaranacaq. Hazırda UEFA rəhbərliyi öz maraqları naminə istirahət günlərindən istifadə edilməsi fikirlərindən uzaq olmağa çalışır, lakin hələlik vəziyyətdən başqa çıxış yolu görünmür.

Bununla belə, Avropa futbolu boslarının hazırladığı sürprizlər bitmir. UEFA qrup mərhələsində matçların sayının artırılması ilə bərabər Çempionlar Liqasına klubların seçilməsi sistemini də dəyişməyi təklif edib. Bu gün həmin komandalar milli çempionatlar vasitəsilə seçilir. Cədvəlin yuxarı hissəsində olan klublar (onların sayı bu və ya digər ölkənin UEFA reytinqindəki yerindən asılıdır) Çempionlar Liqasına birbaşa vəsiqə ala bilər, ya da təsnifat raundları vasitəsilə turnirə keçmək şansı qazana bilər.

Yeni qaydalara görə isə, Çempionlar Liqası əsl “qapalı klub” olacaq, yəni oraya yalnız seçmə komandalar yol tapacaqlar. Hər qrupda (xatırladaq ki, qrupların sayı 4 olacaq) ən yaxşı nəticə göstərən 6 komanda turnirin növbəti mərhələsinə birbaşa seçilir, daha 4 vəsiqəni əhəmiyyətinə görə ikinci Avropa kuboku olan Avroliqanın yarımfinal mərhələsinə keçmiş klublar qazanacaq. Qalan 4 yer uğrunda 8 komanda - əvvəlki bənd üzrə seçim mərhələsindən keçə bilməyən, UEFA reytinqi ən yüksək olan ölkələrin çempionları mübarizə aparacaqlar. Öz qruplarında yeddinci yerləri tutan klublar Avropa Liqasının qrup mərhələsinə göndəriləcək, səkkizinci yerləri tutan “xoşbəxtlər” isə əhəmiyyətinə görə ikinci Avropa kubokunun seçmə raunduna düşəcəklər.

Bu o deməkdir ki, Avropa klublarının böyük əksəriyyəti beynəlxalq arenada özünü göstərmək üçün heç bir şans əldə etməyəcək. Bunun baş verməməsi üçün şərti adı Avropa Liqası-2 və ya UEL2 olan daha bir Avropa kuboku turniri yaratmaq planlaşdırılır. Həmin turniri 2021-ci ildə təşkil etmək planlaşdırılır, onun strukturu isə müəyyən mənada Çempionlar Liqasının indiki formatını xatırladacaq. Məsələn, Avropa Liqası-2 üzrə təsnifat daxili birincilik yolu ilə keçiriləcək. Belə bir turnirin yaradılması həm əsas Avropa Liqasının yükünü azaltmağa və iştirakçıların sayının 48-dən 32-ə endirilməsi sayəsində onu daha prestijli etməyə imkan verəcək, həm də kiçik komandaların Avropa kuboklarında parlamasına şərait yaradacaq.

Milli çempionatlar bunun əleyhinədirlər.

Avropa kuboku turnirlərində bu qədər genişmiqyaslı islahatlar ideyası hələ rəsmiləşdirilməyib, lakin UEFA həmin ideyaya reaksiyanı artıq hiss edir. Cavab reaksiyalarının əksəriyyəti tənqidi xarakter daşıyır. Hiddətlənən təkcə futbol ölkələri deyil, həm də elə dövlətlərdir ki, onlardan belə cavab gözlənilmirdi. Aparıcı Avropa çempionatlarının çoxu, o cümlədən Premyer-Liqa (İngiltərə), La Liqa (İspaniya), Liqa-1 (Fransa) bu dəyişikliklərin qəti əleyhinə olduqlarını bildiriblər.

Hələlik təşvişə düşməyə dəyməz, çünki dəyişikliklər hələ təsdiq edilməyib. Üstəlik, bu dəyişikliklərin nə vaxt baş verəcəyi hələ təxmini də məlum deyil, UEFA rəhbərliyi isə dəfələrlə vurğulayıb ki, hələ heç bir qərar qəbul edilməyib. Lakin əgər turnirlərin reqlamenti yuxarıda göstərilən plan üzrə dəyişdirilərsə, bunun necə effekt verəcəyini qabaqcadan söyləmək mümkün deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

FHN: Xırdalandakı yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim