UEFA Konfrans Liqası: “Neftçi” klubu hesab arasındakı fərqi artırıb
Bakı, 28 iyul, AZƏRTAC
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiprin “Aris” klubu ilə qarşılaşan “Neftçi” hesab arasındakı fərqi artırıb - 2:0.
AZƏRTAC xəbər verir ki, matçın 57-ci dəqiqəsində “Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov baxımlı qola imza atıb.
Matçda hesabı Bakı təmsilçisi açıb. Oyunun 38-ci dəqiqəsində “Neftçi”nin qanalı forvardı Qodsvey Donyo fərqlənib.
Qeyd edək ki, Kiprdə keçirilən ilk oyunda Bakı klubu 0:2 hesabı ilə məğlub olub.