UEFA nümayəndələri Bakıda səfərdədir
Bakı, 22 sentyabr, AZƏRTAC
2016-cı ildə Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının təşkilati işləri ilə bağlı UEFA nümayəndələri ölkəmizə səfər ediblər.
AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov U-17 Avropa çempionatının tədbir rəhbəri Kristof VonVattenvil, turnirin layihə rəhbəri Pierpaskal Laratonda, birinciliyin tədbir koordinatoru Kristin Hyusman və U-17 Avropa çempionatının yarışlar koordinatoru Sandra Selanla görüşüb. Görüşdə turnirə hazırlıq işləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində UEFA nümayəndələri Avropa çempionatının infrastruktur, otel və digər məsələlər üzrə hazırlıq işləri ilə tanış olacaqlar.